Gəncə şəhər sakinindən silah-sursat və narkotik götürülüb.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılıb.
İdarədə onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram şəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.