6 Fevral 2019 12:48
3 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesində hökm oxunub.

Taleh İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, zorlama faktı Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 2005-ci il təvəllüdlü Maya Məmmədova (ad və soyad şərti verilib – red.) Taleh İsmayılovun təcavüzünə məruz qalıb.

Taleh İsmayılov azyaşlı qızı aldadaraq kirayə yaşadığı evə gətirib. O, həmin evdə qıza güc tətbiq edərək, onunla cinsi əlaqədə olub. Daha sonra Taleh İsmayılov ona qarşı seksual xarakterli hərəkətlər edib.

Maya Məmmədovanın ailə üzvləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Taleh İsmayılov həbs edilib.

İstintaq zamanı Taleh İsmayılovun Mayanın qardaşı Maksimə qarşı da eyni hərəkətləri etdiyi məlum olub.

Bacı və qardaş bu işdə zərərçəkmiş kimi tanınıblar. Uşaqlar Ağstafa rayon sakinidirlər.

Taleh İsmayılovun ailəli olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Taleh İsmayılovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər