Bakıda oğurluq, quldurluq və digər cinayətlər törətməkdə ittiham olunan Nurlan Ağayev, Mədət Hüseynov, Sərhad Əmirov, Novruz Salayev və Mirasəf Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Nurlan Ağayev 4 il, Sərhat Əmirov 4 il 6 ay, Mirasəf Kərimli 3 il 6 ay, Novruz Salayev 11 il və Mədət Hüseynov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin fevralın əvvəlində keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança da aşkar olunub.
İstintaq araşdırması zamanı saxlanılan silahlı narkobaronun ətrafına topladığı şəxslərlə birlikdə silsilə mənzil oğurluqları törətdiyi məlum olub.
Suraxanı rayon Polis İdarəsi və 30-cu polis bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb.
İstintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, Novruz Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhad Əmirov və Mirasəf Kərimli saxlanılıblar.
Aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.
Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar Novruz Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
İstintaq-əməliyyat tədbirləri zamanı dəstə başçısı Novruz Salayevin ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı və Xəzər rayonları ərazilərində silsilə mənzil oğurluqları törətmələri müəyyən edilib.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində aparılan araşdırma zamanı Novruz Salayev, Nurlan Ağayev, Sərhad Əmirov və Mirasəf Kərimlinin ötən ilin noyabr ayından cari ilin fevral ayınadək daha 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları, habelə 1 evdən 7000 manat pul oğurlamaları müəyyən edilib.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə Suraxanı və Xəzər rayonları ərazilərində 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.
Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar Novruz Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər ifadələrində oğurluqları Novruz Salayevin göstərişi ilə həyata keçirdiklərini etiraf ediblər.
Cinayət işi üzrə ümumilikdə 21 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.