7 Fevral 2019 21:54
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə körpələr evi-uşaq bağçası qarət edilib.

Hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib.

Gecə saatlarında qapını sındırıb içəri daxil olan şəxs əvvəlcə mətbəxdən qab-qacaq, sonra isə bağça müdirinin otağından kompüter dəsti və digər qiymətli əşyaları oğurlayıb. “Qəhrəman” körpələrin yataq otağını da altı-üst edib.

Hadisədən sonra müəssisə rəhbərliyi Şəmkir polisinə məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və polis əməkdaşları bağçanın Aşağı Seyfəli kənd sakini, 34 yaşlı Mahir Qurbanov tərəfindən qarət olunduğunu müəyyən ediblər.

M. Qurbanovun oğurladığı əşyalar yaşadığı evdə aşkarlanaraq maddi sübut kimi götürülüb. O, ifadəsində hadisə vaxtı sərxoş olduğunu və törətdiyi əməldən peşmanlıq keçirdiyini deyib.

İstintaqın yekununda tərbiyə müəssisəsinin əmlakına gözə dikən şəxsin əməlinə hüquqi qiymət veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər