Şamaxı rayonunda iki qıza təcavüz etməkdə təqsirli bilinən Saleh Əliyevin barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Saleh Əliyevin günahsız olması və barəsində olan cinayət işinə xitam verilməsi barədə verdiyi vəsatət rədd edilib.
Qeyd edək ki, Saleh Əliyev rayon ərazisində Gülcahan Məmmədovaya və Sahibə Əliyevaya (ad və soyadlar şərti verilib – red.) təcavüz edib.
Daha sonra onlara hədə-qorxu gəlməklə seksual xarakterli hərəkətlər etməyə məcbur edib.
Belə ki, Saleh Əliyev həmin qızlarla intim əlaqədə olan zaman video çəkiliş edib. Sonra həmin video çəkilişi yayacağı ilə hədələyərək, onları özündən asılı vəziyyətə salıb.
Belə olan halda həmin qızlar Saleh Əliyevin istəyini yerinə yetiriblər.
İstintaq orqanı tərəfindən Saleh Əliyevin barəsində Cinayət Məcəlləsinin (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.
Saleh Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.