9 Fevral 2019 22:30
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunun Üçtəpə kəndində döyülmə hadisəsi baş verib.

Həmin kənddən olan 1983-cü il təvəllüdlü Abbasov Sakit Əlisalam oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Abbasov Xalid Əlisalam oğlu mübahisə zəminində bir neçə şəxs tərəfindən döyülüb.

Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib. İlkin məlumata görə, qardaşları tanıdıqları şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib.


Müəllif: Teleqraf.com