12 Fevral 2019 14:59
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oteldə özündən 6 yaş kisik sevgilisi Vüqar Atakişiyevi öldürməkdə təqsirli bilinən Günel Hüseynova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Günel Hüseynova özünü qismən təqsirli bilib.

Daha sonra şahid qismində sahə müvəkkili, polis mayoru Müşviq Cabbarov ifadə verib. O deyib ki, hadisə günü efirdən məlumat verilib və olayın baş verdiyi otelə gedib: “Hər tərəf qan içərisində idi, qadını isə digər polis əməkdaşları çölə çıxarmışdı. Qadın həddindən artıq qorxurdu, əsirdi. O, “Ana-ana” deyə ağlayırdı. Sonra həkimlər gəldi, oğlanın öldüyünü dedilər. Mən bu barədə qadına deyəndə o, yenidən ağladı. Həmin otaqda qanlı bıçaq stolun üzərinə qoyulmuşdu”.

Şahidin sözlərinə görə, Günel Hüseynovadan Vüqar Atakişiyevi nəyə görə öldürdüyünü soruşub: “Mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olandan sonra sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozub. Qadın deyib ki, məni al, oğlan imtina edib, başqası ilə evlənəcəyini bildirib.

Günel Həsənova evdən bıçaq gətirdiyini, bu mövzuda sonuncu dəfə söhbət etdiyini bildirdi. Hələ oteldə iki dəfə də cinsi münasibətdə olublar, oğlanın evlənməyə yox deməsindən sonra qadın onu öldürüb. Qadın mənimlə danışan zaman da oğlanı çox sevdiyini bildirirdi”.

Digər polis əməkdaşı Ülvi Mirzəzadə qeyd edib ki, qətl baş verən vaxt otelə gəlib və otağın qapısını sındırıb: “İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan da qan içindədir. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyarı bıçağı hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Qadın şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı. Deyirdi ki, onu sevirəm, ölməsin. Biz də qadını çölə çıxardıq”.

Növbəti proses fevralın 19-da davam edəcək.

İttihama görə, ötən il iyulun 26-da Binəqədi rayonu ərazisindəki otellərin birində Sabunçu rayon sakini, 31 yaşlı Günel Hüseynova 25 yaşlı sevgilisi Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Oteldə gecələyən zaman onların arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib.

Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi əraziyə Binəqədi rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb edilib.

Günel Hüseynova isə elə hadisə yerindəcə saxlanılıb.

İlkin ifadəsi zamanı o, oğlanın ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşdə oğlanın onunla evlənmyəcəyini görərək onu öldürmək qərarına gəlib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsini (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər