13 Fevral 2019 18:42
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Voronej vilayətinin Novoxopyor rayonunun 53 yaşlı sakini 15 yaşlı qızı zorladığı üçün 8 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Rayon məhkəməsinin mətbuat katibi Sofiya Svetlovanın “TV Quberniya” portalının müxbirinə verdiyi məlumata görə, məktəbli onu aparmağı təkilf edən tanımadığı şəxsin maşınına özü əyləşib. Ancaq qızı lazım olmayan ünvana aparıblar. O, özünü yad evdə iki yaşlı kişinin əhatəsində görüb.

Kişi yeniyetməni alkoqol qəbul etməyə məcbur edib. Qorxmuş qız bunu qəbul edib, daha sonra sapqın qızın çiynindən tutaraq onu qonşu otağa aparıb. Orada məktəblini çarpayıya uzadaraq paltarını soyundurub, döyüb, sonra isə təcavüz edib.

Qeyd edək ki, hadisə 2018-ci ilin sentyabrında baş verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər