14 Fevral 2019 10:21
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumatda bildirilir ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, zəruri olan sənədlərin surəti götürülüb, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, N.Əliyeva həyat yoldaşının Göyçayda çoban işləməsi məqsədi ilə rayonun Qaraməryəm kəndinə köçüb, fevralın 11-də hamilə olduğu üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib. Qadının hamiləliyi müəyyən olunduqdan sonra o həmin gecəni xəstəxanada qalıb, fevralın 12-də abortdan sonra qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər