14 Fevral 2019 12:35
1 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt sakinini bıçaqla qorxudaraq “İphone 7” markalı mobil telfonunu quldurluq yolu ilə əlindən alan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telelfonunu əlindən alıb.

Zərərçəkən bundan sonra hadisə barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə məlumat verib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.

Araşdırma zamanı Röyal Səfərovun Sabunçu rayonunda daha bir şəxsə qarşı hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar artıq Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu rayon Polis İdarəsi və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər