Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova ev 28 ünvanında, Azərbaycanlılara məxsus "Neolit" kafesində fevralın 14 saat 23:00 radələrində silahlı atışma baş verib.
Avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen "Neolit" kafesinə hücüm ediblər.
Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı sahibi Yaşar Əliyevin maşını da çiddi xəsarət alıb.
Hadisə yerində hazırda hüquq mühavizə orqanlarının əməkdaşları çalışır. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindəns axlanıldığı bildirilir. Hadisəyə səbəb Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq Azərbaycan xalqından üzr istədilməsidir.
***
Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb.
İnsident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.
Hadisə zamanı restoranda Valentin günü münasibəti ilə xeyli sayda müştəri olub. Kənardan müəssisəyə gələn Çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra, əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib.
Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.
"Kafedəki silahlı insidentdən sonra, rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar", - deyən hadisə şahidi Nəsimi Məmmədəliyev "Neolit" kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.
Şahidlərin məlumatına görə, restoran sahibi Yaşar Əliyev də kürəyindən yaralanıb. Yerli sakinlər təqribən 50 atəş səsi eşidiblər.
Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Avtomobillərdən biri taksi olub. Maşınlar təxliyyə edilib.
Başqa bir hadisə iştirakçısı insidentin çoxdankı münaqişənin davamı olduğunu deyib:
"Bu çoxdankı söhbətdir, münaqişənin davamıdır. Hücum edənlərin məqsədi restoranın sahibi Yaşar Əliyev olub. Heç kim nə baş verəcəyini bilmirdi".