Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, B.Qəhramani ölkəmizə ekstradisiya olunub.