17 Fevral 2019 01:10
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzillərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN-dən Teleqraf.com-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki 2 mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramin Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com