Şəkidə 15 yaşlı qızı ilan sancıb.
Teleqraf.com-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Şorsu kəndində baş verib.
1999-cu il təvəllüdlü Aygün Elyar qızı Dəmirova yaşadığı evin həyətyanı sahəsində gəzərkən onu qəfildən ilan sancıb. O, dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
Şəki MRX-dan verilən məlumata görə, ilan Aygün Dəmirovanın sol ayaq nahiyəsindən sancıb. Ona lazımi tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab edilir.