22 Fevral 2019 07:45
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə Donna adlı 3 uşaq anası kirayə tutduğu evin sahibinin təcavüzünə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə İngiltərənin Manchester şəhərində baş verib.

Sikander Khan adlı ev sahibi gecənin yarısında özündə olan ehtiyat açarla evin qapısını açaraq Donnanın yataq otağına soxulub. Qadın ayaqlarına əl toxunduğunu hiss edərək ayılıb və qışqırmağa başlayıb. Ev sahibi otağı tərk etsə də, qadın polisə zəng edib.

Məhkəmədəki ifadəsində Khan "uşaqların yatıb-yatmadıqlarını yoxlayırdım" deyərək müdafiə olunmağa çalışıb. Hakim ev sahibinin 4 il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər