23 Fevral 2019 12:36
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilib.

Baxış zamanı alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər