Ötən gün Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emin Zamanov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi istehlak miqdarından yuxarı həddə, yəni 0,186 qram heroin aşkar olunub.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilən zaman oradan 405 qram narkotik vasitə olan-qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.