Beyləqan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Beyləqan rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəricəsində rayon sakini, əvvəllər məhkumluğu olan Hüseyn Mustafayev saxlanılıb.
Onun evinə baxış keçirilən zaman orada gizlətdiyi 2.008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.