Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkə çökdürülüb.
“Sabah” qəzeti xəbər verir ki, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardığı və daha sonra insan alverinin qurbanlarına çevirdiyi üzə çıxıb. Əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb.
İlkin istintaqda məlum olub ki, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə “dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gələndə “yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər.
Fahişəliyə məcbur edilən 10 əcnəbi qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər.
/Oxu.az/