Bakının Nəsimi rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Şamil Əzizbəyov küçəsində həyətdə oynayan 2014-cü il təvəllüdlü Vəfa Məmmədovaya (ad və soyad şərti verilib – red.) 1959-cu il təvəllüdlü Elman Mərdanov yaxınlaşıb.
O, qonşunun azyaşlı qızını gizli yerə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib.
Bundan azyaşlının anası xəbər tutub. Ana baş verən olayla bağlı polisə şikayət edib.
İstintaq orqanı tərəfindən Elman Mərdanovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
İstintaqa ifadə verən Elman Mərdanov törətdiyi əməli etiraf edib. O, narkotik vasitənin təsiri altında olduğunu deyib.
Elman Mərdanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Nəsimi rayon Məhkəməsinə təqdimat göndərilib.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub və Elman Mərdanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda bu iş üzrə istintaq tədbirləri görülür.