2 Mart 2019 16:20
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda 5 obyektdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayon sakini A.Abışov Göytəpə polis bölməsinə ərizə ilə müraciət edib.

Ona məxsus hamam binasının anbarından 500 manat dəyərində dəmir boruların oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Göytəpə şəhər sakinləri E.Eynullayev, Z. Şükürov və M. Nurullayev saxlanılıb.

Araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb.

Həmin şəxslər rayon ərazisindəki mağaza, çayxana, təmir sexi, məscid daxil olmaqla ümumilikdə 4 obyektdən də 300 manat dəyərində su mühərriki, 250 manat dəyərində elektrik nizamlayıcısı, 105 manat dəyərində avtomobil təmiri alətləri, həmçinin kabel və digər məişət əşyalarını oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər