Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Cavid Əhmədovun barəsində ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, toplanan cinayət işi üzrə material baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nazim Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 13-nə təyin edilib.
Cavid Əhmədov paytaxtın Xətai rayonunda 14 yaşına çatmayan Sevda Məmmədovaya (ad və soyad şərti verilib – red.) əxlaqsız hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Cavid Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.