13 Mart 2019 20:13
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan polisi uran qaçaqmalçılığının qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, Kabuleti şəhərində əməliyyat keçirən təhlükəsizlik qüvvələri yüksək radioaktiv özəlliyi olan Uranium-238 maddəsini satmağa çalışan 2 nəfəri nəzarətə götürüb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi işlər üzrə müstəntiqi Savle Motiaşvili bildirib ki, Qoça və Roman adlı şəxslər nüvə silahının hazırlanmasında istifadə olunan təxminən 40 qr ağırlığında olan maddəni qanunsuz olaraq satmağa çalışarkən saxlanılıb.

Savle Motiaşvili qeyd edib ki, saxlanılan şəxslərin kimyəvi maddəni 2 milyon 800 min dollara satmağı planlaşdırıbmış.


Müəllif: Nərgiz