14 Mart 2019 17:49
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xuliqanlıqda ittiham olunan Kamil Zeynalının barəsində məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Kamil Zeynallının həbsdən azad edilməsi barədə şikayəti təmin olunmayıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallının barəsində 10 gün müddətinə həbs qərarı verib.

Daha sonra Kamil Zeynallı saxlanılması üçün müvəqqəti saxlanma təcridxanasına göndərilib.

Bildirilib ki, 1986-cı il təvəllüdlü Kamil Zeynallı tanışı ilə mübahisə edib və mübahisə dava ilə nəticələnib. O, telefon vasitəsi ilə tanışını söyüb.

Bu səbəbdən polislər onu saxlayıb.

Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Kamil Zeynallının bir müddət əvvəl tanışı ilə pul borcu üstündə mübahisəsi olub. Tanışı onu məhkəməyə verib, məhkəmə borcun ödənilməsi barədə qətnamə qəbul edib.


Müəllif: Hacı Zeynalov