17 Mart 2019 23:42
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon sakinindən narkotik maddə olan heroin götürülüb.

Ağsu rayon polis şöbəsinin əməkdaşları Ağsu şəhəri, Babək küçəsi, ev 3/9-da yaşayan 42 yaşlı Şahin İslamovun üzərinə baxış zamanı 0,177 qram narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ş.İslamov narkotik vasitəni 33 yaşlı Kürdəmir şəhər sakini İlqar Mürsəliyevdən alıb. Aparılan əməliyyat zamanı o, Ağsu rayonuna gəldiyi taksidə saxlanılıb.

Osmail Yusifova məxsus "99-FZ-071" dövlət qeydiyyat nişanlı “Lada Granata” markalı avtomobilə baxış zamanı 2 ədəd siqaret kağızına bükülümüş çəksi 0,355 qram olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com