18 Mart 2019 12:40
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 60 qram çəkidə qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı Ramiddin Vəlibəyov narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyini və bir müddət öncə narkotik vasitənin bir hissəsini 200 manata satdığını bildirib.

Rayon polis şöbəsinin keçirdiyi digər bir əməliyyat –axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Əliyev narkotik vasitə satan zaman saxlanılıb.

Belə ki, həmin şəxs rayon ərazisində 2 bükümdə olan qurudulmuş marixuananı 20 manata satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov