Gəncə şəhərində ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.
Müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabrın 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olub, oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompüteri oğurlayıb.
Vidadi İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.