19 Mart 2019 12:49
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq etməkdə təqsirləndirilən Sərxan Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sərxan Bayramovun barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdə qeyd olunub ki, Sərxan Bayramov məhkəmə istintaqı dövründə zərərçəkmişə dəymiş zərər ödəyib.

İttihama görə, ötən il martın 28-də Bakı şəhər sakini Svetlana Bayramovanın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63 400 manat dəyərində qızıl əşyalarını oğurlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədən Sərxan Bayramov yaxalanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər