20 Mart 2019 22:13
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində “Mercedes” markalı avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapılıb.

“Report” xəbər verir ki, gənc odlu silahla özünə sui-qəsd edib.

Kənd sakinləri adı açıqlanmayan gəncin meyitini bu gün səhər saatlarında aşkar ediblər və bu barədə polisə məlumat veriblər.

Azərbaycanlı gəncin qətlə yetirilməsi istisna olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyifaktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb.


Müəllif: Teleqraf.com