Mingəçevir şəhərində iki nəfər narkotik təsiri altında dava edib.
Teleqraf.com xəbər verir ki, şəhərin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayıb və polis şöbəsinə gətiriblər.
Araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib.
Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilib.
Hər iki şəxsin narkotik qəbul etdiyi, narkotikin təsiri altında olduqları müəyyən edilib. Onların həmin ərazidə səs-küy saldıqları, ərazidə yaşayan sakinləri narahatçılıq yaratmalarla səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.