2 Sentyabr 2014 13:11
702

Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 1-də saat 06 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi "VAZ-21099" və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi "Zil MMZ" markalı avtomobillər toqquşub.

Ç.Məmmədovun sərnişinlərindən - Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində ölüb, özü və digər sərnişini - Çiçək Qurbanova xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.


Müəllif: