28 Mart 2019 10:38
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Ailə” Mənzil Tikinti Kooperativinin (MTK) vəzifəli şəxsi Şahin Vəliyev barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 29-na təyin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət mühafizəsinə götürülmüş Nəsimi rayonunda yerləşən 1895-ci ildə inşa edilmiş 3 mərtəbəli tarixi memarlıq abidəsinin “Yeni Ailə” MTK tərəfindən qanunazidd olaraq sökülməsi məlum olub

Faktla bağlı MTK-nın vəzifəli şəxsi olan Şahin Vəliyev barəsində cinayət işi başlanıb.

İstintaq orqanı tərəfindən Şahin Vəliyevin barəsində Cinayət Məcəlləsinin 246-cı (dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər