28 Mart 2019 12:10
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayon Polis İdarəsi narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Teleqraf.com xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram narkotik vasitə olan heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Sakit Qəhrəmanovun paytaxt ərazisində kirayədə yaşadığı evə də baxış keçirilib.

Oradan da əlavə olaraq külli miqdarda narkotik vasitə heroin və marixuana aşkar edilərək götürülüb.

Mənzildən aşkar edilərk narkotik vasitələr ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, evdən götürülən heroinin çəkisi 3 kiloqram 15 qram, marixuana isə 15 kiloqram 575 qramdır.

Sakit Qəhrəmanov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Sakit Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər