29 Mart 2019 15:43
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaşlar törədilməsindən sonra dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirli bilinən daha bir şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zahidə Abbasova Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Zahidə Abbasovanın barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər