29 Mart 2019 16:13
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlara sosial evlər satacağı vədi verərək dələduzluq edən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Fərid Cəfərxanlı 6 il, Könül Kərimova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə,hər iki şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 85 min 785 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Belə ki, Fərid Cəfərxanlı və Könül Kərimova Bakıda yaşayan 5 şəxsə sosial evlər satacağını vəd edib, lakin sonradan onlar vədinə əməl etməyiblər.

İstintaq dövründə zərərçəkmişlərə dəymiş zərərdən 37 min 758 manat təqsirləndirilən şəxslər tərəfindən geri qaytarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər