Başqırdıstanda müəllim öz şagirdinə qarşı intim hərəkətlər etməkdə ittiham olunur.
Teleqraf.com xəbər verir ki, insident rayon məktəblərindən birində baş verib. Baş verənləri nəzarət kamerası qeydə alıb. Eksklüziv kadrlar “Vesti-Başkortostan”da yayımlanıb.
Videoyazıda məktəbli qızın sinfə daxil olduğu, sinifdə müəllimdən başqa heç kimin olmadığı görünür.
Kişi həddi-büluğa çatmamış qıza yaxınlaşır və onu tumarlamağa başlayır.
Bir qədər sonra sinfə digər şagird daxil olur. Onun sinfə daxil olması pedaqoqu hürküdür. Kişi elə görüntü yaratmağa çalışır ki, heç nə baş verməyib. Karıxan şahid qız isə pərt vəziyyətdə sinfi tərk edir.