İspaniya La Liqasında 29-cu tura start verilib.
Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış oyununda “Jirona” “Atletik”lə qarşılaşıb. Bilbao təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.
Turnir cədvəlinin lideri “Barselona” “Espanyol”u sınağa çəkib. Kataloniya derbisində Messinin dublu komandasına inamlı qələbə qazandırıb.
Madrid “Atletiko”su səfərdə “Alaves”lə üz-üzə gəlib. Qonaqlar bu qarşılaşmada darmadağına imza atıblar.
“Real” isə autsayder “Hueska”nı qəbul edəcək.
Turun maraqla gözlənilən qarşılaşmasında “Sevilya” “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirəcək.
İspaniya La Liqası, 29-cu tur
29 mart
Jirona – Atletik 1:2
Qol: Stuani, 37 – Uilyams, 53. R.Qarsiya, 59.
30 mart
Xetafe – Leqanes 0:2
Qol: Santos, 49. Xuanfran, 83.
Barselona – Espanyol 2:0
Qol: Messi, 71; 89.
Selta – Vilyarreal 3:2
Qol: Aspas, 50; 86-pen. M.Qomes, 71 – Ekambi, 11. Pedrasa, 15.
Alaves – Atletiko 0:4
Qol: Saul, 5. D.Kosta, 11. Morata, 59. Tomas, 84.
31 mart
14:00 Levante – Eybar
16:00 Rayo Valyekano – Betis
18:15 Sevilya – Valensiya
20:30 Valyadolid – Real Sosyedad
22:45 Real – Hueska