1 Aprel 2019 16:41
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elqar Vəliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq olmaqla şərti cəza təyin edilib.

İttihama görə, Elqar Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Bank of Baku"nun filialından əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb.

Elqar Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər