2 Aprel 2019 13:15
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda quldurluqda təqsirləndirilən Elgün Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan təqsirləndirilən şəxsə hökm oxunub.

Elgün Feyzullayev 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci ilin fevralında Abşeron rayonunda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron rayon Polis İdarəsinin Cinayət axtarış bölməsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elgün Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.

O, maşınla Abşeron rayonunun Goradil qəsəbəsinə gəlib.

Elgün Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər