2 Aprel 2019 23:30
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə xristian ata və oğulu öldürən polisi edam cəzasına məhkum ediblər.

Teleqraf.com xəbər verir ki, Şimali Afrikada məskunlaşan Koptlar icmasından olan ailənin üzvlərini qətlə yetirən polis nəfəri Rabi Xəlifə Misir məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Xristian dininə etiqad edən 49 yaşlı Kamal Sadeq və onun oğlu Davidi ötən ilin dekabrında işlədikləri inşaat meydanında qətlə yetirən “qanun keşikçisi” törətdiyi ağır cinayətin səbəbini izah edə bilməyib.

Misirdə Koptlar adlanan xristian azlığa qarşı bir sıra cinayətlər törədilib. Yerli hüquq-mühafizə orqanları bu qətllərin qarşısını qətiyyətlə alırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər