Şamaxı rayonunda quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Rəşad Zərbəliyev 12 il 6 ay, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, ötən il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində gecə saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar.
Onlar hər iki şəxsi döyərək evdən 12 min manat, 3 min ABŞ dolları və 100 min rubl (2990 manat) aparıblar.