4 Aprel 2019 17:26
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki qadını şantaj etməkdə və zorlamaqda təqsirli bilinən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verilib.

Qərara görə, Rəhim Rzayev və Vaqif Məmmədovun barələrində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib. Onların barələrində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs məhkəmə zalından həbs edilib.

İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.

Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını, hədə-qorxu gələrək 457 manat pullarını aldığını bildiriblər.

Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb. O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb, sonradan Vaqif Məmmədov da tutulub.

Məlum olub ki, hər üç dost Nərimanov rayonunda gecə klubundan çıxan qadınları Suraxanı rayonunda evlərdən birinə aparıblar. Orada onlar qadınlarla zorla cinsi əlaqədə olublar.

Daha sonra qadınların pullarını götürüblər.

İstintaq orqanı tərəfindən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 181-ci (quldurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, istintaq dövründə Nəsib Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilsə də, Rəhim Rzayev və Vaqif Məmmədovun barəsində polis nəzarəti altında saxlanma qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər