Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, təqsirləndirilən şəxsin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses aprelin 12-də davam edəcək.
İttihama görə, hadisə ötən il paytaxtın Nəsimi rayonunda baş verib.
1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bülbül prospektində yerləşən restoranda azərbaycanlı dostu Elxan Əliyevə qonaqlıq verdikdən onunla sonra mübahisə edib.
Nəticədə, Altürk Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Elxan Əliyev saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.