Nardaran qəsəbə sakinindən silah-sursat və 4 ədəd xəncər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 42-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
Nəticəsində Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb.
Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.
Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib.
Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.