Bakının Yasamal rayonunda oğurluq etdiyi üçün həbs olunan şəxsin yeni cinayətləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş İ.Salayevin ətrafında Yasamal rayon Polis İdarəsinin 26-cı və 28-ci polis bölmələrində araşdırma aparılıb.
Aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Namazova və Şirvan şəhər sakini A.Balayevlə birgə evlərin birindən 12.000 manat və 35.000 ABŞ dolları oğurlaması da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində C.Namazova və A.Balayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
İ.Salayevin və A.Balayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların digər bir evdən 5500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.