29 Aprel 2014 23:39
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yolu keçmək istəyən 13 yaşlı oğlanı avtomobil vurub.

Hadisə şəhərin Məmməd Bürcəliyev küçəsində baş verib. Ömər Əliyev yolu keçmək istəyərkən 31 yaşlı Gəncə sakini Bəhruz Quliyev idarə etdiyi VAZ 2107 markalı avtomobillə onu vurub.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ömər Əliyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./trend/


Müəllif: