4 Sentyabr 2014 10:23
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 3-də Gürcüstan paytaxtındakı Lilo bazarının yaxınlığında yerləşən Lilo qəsəbəsindəki restoranda azərbaycanlı qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Telavinin Qaracalar kəndindən olan 35 yaşlı İlqar Muradov həmkəndlisi 45 yaşlı Niyazi ilə restoranda spirtli içki qəbul edib. Daha sonra aralarında yaranmış mübahisə zəminində Niyazi İlqarı bıçaqlayaraq öldürüb.

Şahidlər hadisə yerinə polisin gəldiyini və Gürcüstan DİN əməkdaşlarının qətl hadisəsində şübhəli bilinən şəxsi müəyyən etdiklərini bildiriblər. Hələlik şübhəli şəxsin axtarışı gedir, qətlin əsas motivi isə bilinmir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Hadisə şahidlərinin APA-ya açıqlamasına görə, qətli törədən şəxs uzun zaman Qaracalar kəndində yaşamayıb. Hər iki şəxs Lilo bazarında ticarətlə məşğul olub.


Müəllif: