Xalq artistinin oğlunun son istəyi
Xalq artisti Nuriyyə Əhmədovanın oğlu dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Nuriyyə Əhmədovanın yaxın rəfiqəsi Sədaqət Kamal şəxsi “Facebook” səhifəsində yazıb: “Çox səsləndim ki, Nuriyyə Əhmədovanın gənc balası heç olmasa, evlərində canını tapşırsın. Mənə ağır vəziyyətdə dedi ki, Sədaqət xanım, bizə nə vaxt ev verəcəklər?” Bu səhər canını tapşırdı. Şikayətini Allah eşidəcək...Allah rəhmət eləsin!...”
Qeyd edək ki, aktirisanın oğlu Əli Xanlar oğlu İslamzadə bir müddət öncə Sabunçu rayon 3 saylı Kliniki Xəstəxananın terapiya şöbəsinə yerləşdirilmişdi. Yarım ildir ağciyər və ürək çatışmazlığından, eləcə də xərçəngdən əziyyət çəkən 37 yaşlı Əli tikintidə işləyən zaman ağır zədə alıb. Ailəli idi, xəstəliyi isə ona işləməyə imkan vermirdi. Həyat yoldaşı, qaynanası ilə kirayədə yaşayırdı.
Nərmin