Xaçmaz rayonunda istirahət mərkəzlərində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Azad Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 24-nə təyin edilib.
İstintaq orqanı tərəfindən Azad Alışovun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Azad Alışov rayon ərazisində istirahət mərkəzlərindən birində iki qadını fahişəliyə cəlb edib. O, qadınları kişi müştərilərləgörüşdürüb, bunun müqabilində maddi gəlir əldə edib.
Polisin keçirdiyi əməliyyat nəticəsində Azad Alışov həbs edilib.