Beyləqan rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, aprelin 19-da Kəbirli kəndi ərazisindəki mağazaların birindən 5400 manat oğurlanıb.
Beyləqan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini M.Qurbanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.